Mətbuat nümayəndələrinə təbriklər
Milli Mətbuat günü münasibəti ilə sosial şəbəklərdə mətbuat işçilərini təbrik edirlər.
XALQ.AZ təbrikləri təqdim edir:
*****
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, VI çağırış Milli Məclisin deputatı Qüdrət Həsənquliyev 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media mənsublarını təbrik edib. Təbrikdə deyilir:
Əziz jurnalistlər,
Dəyərli media mənsubları,
Sizi 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik edirəm!
“Azərbaycan mətbuatı “Əkinçi” qəzetindən başlayaraq 149 il ildir ki, mürəkkəb, çətin və şərəfli yol keçir. Mətbuatımız xalqımızın marifləndirilməsində, ana dilimizin və milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin, incəsənətimizin təbliğində və inkişafında önəmli rol oynayıb.
Azərbaycan mətbuatı İkinci Qarabağ savaşında və ondan sonrakı dönəmdə ölkəmizə edilən informasiya hücumlarına qarşı peşəkar fəaliyyət göstərib, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.
Bu gün də milli mətbuatımızın üzərinə ağır və tarixi vəzifə düşür və keçdiyimiz həssas dönəmdə Azərbaycan mətbuatının xüsusi missiyası var.
Dəyərli mətbuat nümayəndələri!
Həmişə olduğu kimi bu ağır və şərəfli missiyanı layiqincə davam etdirəcəyinizə inanıram. Bu yolda hər birinizə möhkəm cansağlığı, dövlətimizin, millətimizin və mətbuatımızın inkişafı yolunda uğurlar arzulayıram”.
Qüdrət Həsənquliyev
Milli Məclisin VI çağırış deputatı
*****
Nəsib Məhəməliyev
Milli Məclisin VI çağırış deputatı
Milli Mətbuat günü münasibətilə, bütün vicdanlı, qərəzsiz qələm sahiblərini ən xoş arzularla təbrik edirəm.
Bayramınız mübarək!
******
Razi Nurullayev
Milli Məclisin VI çağırış deputatı
Əziz mətbuat mənsubları,
Milli Cəbhə Partiyası – MCP bayramınızı təbrik edir və szə yeni-yeni yaradıcılıq uğurları arzu edir. Mən də partiya başqanı olaraq sizləri təbrik edir, sosial və yaradıcılıq həyatınızın daha da yaxşılaşmasını diləyirəm.
****
Milli Mətbuat Günü münasibətilə təbrik
Uzun illərdir ki, əməkdaşlıq etdiyim,obyektivlik, prinsipiallıq, yüksək peşəkarlıq mövqeyi ilə fərqlənən və daim dəstəklərini hiss etdiyim, səmimi dost adlandırmadan qürür duyduğum media sahəsindəki dostlarımın timsalında bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir,bu çətin və şərəfli işlərində uğurlar,o cümlədən bol-bol və davamlı yaradıcılıq uğurları arzulayıram!
Əli Məsimli
Milli Məclisin VI çağırış deputatı
****
Hər il “Əkinçi” qəzetinin nəşrə başladığı gün olan 22 iyul tarixi ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd edilir. Bu münasibətlə bütün mətbuat orqanları nümayəndələrini, eyni zamanda milli mətbuatımızın inkişafına töhfə verən hər kəsi ürəkdən təbrik edir, onlara məsul peşə fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzu edirəm!
Könül Nurullayeva
Milli Məclisin VI çağırış deputatı
****
22 iyul – Milli Mətbuatımızın 149 illiyi münasibətilə bütün media nümayəndələrini ürəkdən təbrik edir, işlərində uğurlar arzulayıram. Peşə bayramınız mübarək, əziz dostlar!!!
Aydın Hüseynov
Milli Məclisin VI çağırış deputatı
****
Çox dəyərli mətbuat nümayəndələri, əziz dostlar!
Sizləri Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edirəm. Hər birinizə sağlam, təhlükəsiz və xoşbəxt həyat arzulayırıq. Hər zaman apardığınız mücadilədə qalib Azərbaycan olsun!
Rəşad Mahmudov
Milli Məclisin VI çağırış deputatı
****
Milli Mətbuat Günü münasibəti ilə mediadakı bütün dostları təbrik edirəm!
Əziz media nümayəndələri!
22 iyul – Milli Mətbuat Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm!
Azərbaycan mətbuatı tarix boyu xalqımızın səsi və vicdanı olmuş, ölkəmizin inkişafında və cəmiyyətimizin maariflənməsində mühüm rol oynamışdır. Bu gün də jurnalistlərimizin peşəkarlığı, qətiyyəti və vicdanlı fəaliyyəti cəmiyyətimizin sağlam məlumatlandırılmasında böyük əhəmiyyət daşıyır.
Milli mətbuatımızın 149 illiyi münasibətilə hər birinizə uğurlar, möhkəm cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayıram!
Tahir Mirkişili
Milli Məclisin VI çağırış deputatı
****
Bu gün Azərbaycan mətbuatının yaranış tarixidir. 149 il öncə unudulmaz mütəfəkkir Həsən Bəy Zərdabinin əsasını qoyduğu mətbuatımız çətin və şərəfli yol keçmış, məhrumiyyətlərə və məhdudiyyətlərə baxmayaraq mılli – mənəvi dəyərlərimizin və milli məfkurənin qorunub saxlanılmasında, milli şüurun və mılli mənliyin formalaşmasında əhəmiyyətli rol oynamışdır.
44 günlük zəfərimizdə və ondan keçən qısa zaman kəsiyində anti-Azərbaycan və anti-milli ünsürlərə qarşı informasiya müharibəsində fədəkarlıq göstərən dəyərli jurnalistlərimiz ən xoş sözlərə layiqdirlər.
Çoxsaylı dostlarımı peşə bayramı münasibətilə təbrik edir, onlara yeni-yeni uğurlar diləyirəm.
Vətənimiz Azərbaycana xidmət edən düşüncələrinizə və yazan barmaqlarınıza sağlıqlar olsun!
Fəzail Ağamalı
Milli Məclisin VI çağırış deputatı
****
22 İyul – Milli Mətbuat günüdür.
Ölkəmizdə anadilli ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə qoyulub və “Əkinçi” qəzetinin nəşrə başladığı tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
Milli mətbuat günü münasibətilə bütün mətbuat işçilərini təbrik edir, hər birinizə bu çətin və şərəfli peşənizdə daima uğurlar arzu edirik! Peşə bayramınız mübarək olsun!
Ramil Həsən
Milli Məclisin VI çağırış deputatı
*****
Hörmətli jurnalistlər, peşə bayramınız– Milli Mətbuat Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm! Sizə möhkəm can sağlığı, yaradıcılıq ilhamı, obyektivlik və yeni maraqlı mövzular arzulayıram!
Sevinc Fətəliyeva
Milli Məclisin VI çağırış deputatı
*****
Bu gün – 22 Milli şüur və təfəkkür tariximizdə müstəsna yeri olan “Əkinçi” qəzetinin ilk nömrəsinin çap edilməsi ilə əlamətdar olan Milli Mətbuat Günüdür.
Azərbaycan mətbuatı fəaliyyətində Zərdabinin “hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun” sözlərini unutmadan onun mənəvi mirasını gələcək nəsillərə uğurla ötürür.
Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğindəki fəaliyyətində bütün mətbuat nümayəndələrini təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram.
Tamam Cəfərova
Milli Məclisin VI çağırış deputatı