Metroda dəhşətli olay: Sərnişin qatar yoluna düşərək ö*dü
“Nərimanov” stansiyasında relslərə düşən sərnişinin həyatını xilas etmək mümkün olmayıb
Bu gün saat 20:00 radələrində Bakı Metropoliteninin “Nərimanov” stansiyasında baş verən hadisə ölümlə nəticələnib.
Bakı Metropolitenindən verilən məlumata görə, sərnişin stansiya yoluna düşdükdən dərhal sonra təmas relsindən yüksək gərginlik çıxarılıb, təhlükəsizlik tədbirləri görülüb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
Lakin görülən bütün tədbirlərə baxmayaraq, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra yüksək gərginlik bərpa edilib, qatar sərnişinsiz şəkildə yola salınaraq “Nərimanov” stansiyasından elektrik deposuna göndərilib. Baş verən insident səbəbindən qatarların hərəkət intervalında əlavə yubanmalar yaranıb.
***
Məlumata görə, faciəvi şəkildə ölən şəxs 1968-ci il təvəllüdlü Qulu Rəhim oğlu Məmmədov










