“MIDA”-nın tikintisində bədbəxt hadisə-İşçinin ayağı amputasiya olundu
Bakıda bədbəxt hadisə baş verib. XALQ.AZ xəbər verir ki, hadisə paytaxtın Binəqədi qəsəbəsində MİDA-nın sosial evlər inşa edilən ərazində qeydə alınıb.
Orada fəhlə işləyən Qazax rayon sakini, 1992-ci il təvəllüdlü Sənan Dilqəm oğlu Hacıyevin ayağına daş düşüb.
Xəstəxanaya yerləşdirilən S.Hacıyevin sağ ayağı amputasiya olunub.