Millət vəkili Brüsseldə
Brüsseldə Avropa Parlamentinin binasında İstanbul Konvensiyasına dair “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Avropa Şurasının Konvensiyasına Avropa Birliyinin qoşulması” mövzusunda dinləmələr keçiriləcək. Milli Məclisdən XALQ.AZ-a verilən xəbərə görə, dinləmələrdə Milli Məclisin deputatı, AŞPA-nın Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi, Zorakılıqdan azad qadınlar parlament şəbəkəsinin siyasi koordinatoru Sahibə Qafarova iştirak edəcək.
Deputat müzakirə olunacaq mövzu ilə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.
Səfər martın 28-də başa çatacaq.










