Millət vəkili Günay Əfəndiyeva Zirə Cümə məsçidində
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Gunay Əfəndiyeva təmsil etdiyi Xezer rayonun Zirə qəsəbəsində Cümə məsçidini ziyarət edib. XALQ xəbər verir ki, məsçidin fondunda dini-mədəni i nümunələr yer aldığından , Mədəniyyət Komitəsi uçün bu ziyarət onəm daşıyır.
Millət vəkili Günay Əfəndiyeva sosial hesabında bildirib ki, təmsil etdiyim Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən və qədim dini abidələrimizdən olan Zirə Cümə məscidini ziyarət etmək mənim üçün önəmli mənəvi hadisə oldu.
Zirə qəsəbəsinin ağsaqqalı Fərhad Məmmədovun bizimlə birlikdə olması və onunla apardığımız söhbətlər mənim üçün bu ziyarətə əlavə bir dəyər qatdı. Deputat bildirib ki, Məscidin dini icmasının sədri və imamı Hacı Qədir Nəcəfzadənin verdiyi məlumata görə, bu müqəddəs məkanın tarixi Orta əsrlərə söykənir. 2016-cı ildə məscid yenidən inşa olunaraq istifadəyə verilmiş və açılış mərasimində hörmətli Mehriban xanım Əliyeva şəxsən iştirak etmişdir. Zirə Cümə məscidinin fondunda Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Türkmənistan, İran, İraq və Səudiyyə Ərəbistanından gətirilmiş sənətkarlıq və əl işi məhsulları, dini-mədəni nümunələr yer alır.
Bu isə ölkəmizin beynəlxalq dini-mədəni əməkdaşlığa açıq platforma rolunu bir daha ortaya qoyur.
Bu baxımdan, düşünürəm ki, məscidin gələcəkdəki fəaliyyəti həm dini, həm də mədəni dəyərlərimizin zənginləşdirilməsi və inkişafına önəmli töhfə verəcəkdir deyə millət vəkili Gunay Əfəndiyeva qeyd edib.