Millət vəkili Jalə Əliyeva Meksika səfiri ilə görüşdü
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycan-Meksika Parlamentlərarası işçi qrupunun rəhbəri Jalə Əliyeva Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronu Milli Məclisdə qəbul edib.
Qəbulda ikitərəfli münasibətlərin inkişafı perspektivləri, iki ölkənin parlamentləri arasında yaranan və uğurla davam edən əlaqələrin dərinləşdirilməsinin vacibliyi, sadəcə siyasi və diplomatik deyil, həm də mədəniyyət, sənət sahəsində təmasların, qarşılıqlı səfərlərin əhəmiyyəti və s. məsələlər müzakirə edilib.













