Millət vəkili Novruz Asalanov vətəndaşları müraciətlərini həll etdi
Milli Məclisin deputatı Novruzəli Aslanov 13 noyabr 2025-ci il tarixində İsmayıllıdan olan vətəndaşlarla “online” rejimində görüşüb. Bu məqsədlə deputatın Bakıdakı ofisi ilə İsmayıllı ofisi arasında video-formatda bağlantının yaradılması üçün müvafiq avadanlıqlar quraşdırılıb. Aia.az xəbər verir ki, seçicilərə canlı ünsiyyət qurmaq üçün hər cür şərait yaradılıb.
XALQ xəbər verir ki, tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər deputatın diqqətinə çatdırılıb. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağını bildirib.
Deputat Novruzəli Aslanovun “online” rejimində keçirdiyi qəbulda iştirak edən İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.













