Millət vəkili Rəşad Mahmudov Astarada vətəndaşların müraciətlərini həll etdi
Millət vəkili,Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Astara rayonunda Yeni Azərbaycan Partiyasının qərargahında növbəti seçici qəbulu keçirib.
XALQ xəbər verir ki, millət vəkilin vətəndaşlarla görüşündə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov, eləcə də Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru Bahadır Əhmədovda iştirak ediblər.
Görüşdə vətəndaşlar tərəfindən əsasən səhiyyə sahəsindəki problemlər, sosial müdafiə, əlilliklə bağlı məsələlər və məişət problemləri gündəmə gətirildi. Aidiyyəti qurumların nəzarətində olan məsələlər dərhal yönləndirildi; digər müraciətlər isə toplanaraq nəzarətə götürüldü. Vətəndaşlara yaxın zamanda cavab veriləcəyi bildirildi.