media-57
 Millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin II Milli Konqresində və Türk Dövlətləri Nefrologiya Federasiyasının I Konqresində iştirak edərək çıxış edib.
media-11
Millət vəkili vurğulayıb ki, Konqresin yüksək səviyyədə təşkil olunması, geniş beynəlxalq iştirak və zəngin elmi proqram bir daha göstərdi ki, ölkəmiz artıq regionda səhiyyə və tibbi elmin mühüm mərkəzlərindən birinə çevrilməkdədir.
Tədbirin açılış hissəsində Türk dünyasının ayrı-ayrı xalqlarına məxsus folklor və musiqi nümunələrinin təqdim olunması isə yalnız elmi deyil, eyni zamanda mədəni birlik və ortaq dəyərlərimizin nə qədər güclü olduğunu bir daha nümayiş etdirdi.
media-22
Millət vəkili Rəşad Mahmudov Konqredə çıxışını təqdim edirik:
Son 20–25 il ərzində ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar nəticəsində əldə olunan nailiyyətlər bu gün hər birimiz üçün qürur mənbəyidir. Cənab Prezidentin siyasi iradəsi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan səhiyyəsi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu gün biz yalnız infrastrukturu yenilənmiş, texnoloji baxımdan güclənmiş səhiyyə sistemindən deyil, eyni zamanda daha əlçatan, daha sistemli və daha insan yönümlü bir modeldən danışırıq. Xüsusilə icbari tibbi sığorta sisteminin tətbiqi səhiyyənin təşkilində yeni bir mərhələ açaraq vətəndaş məmnuniyyətinin artırılması istiqamətində mühüm addım olmuşdur. Lakin əldə olunan uğurlarla kifayətlənmək olmaz.
Qarşıda duran əsas hədəflər:
-tibbi xidmətin keyfiyyətini daha da artırmaq,
-elmi əsaslara söykənən klinik qərarvermə mexanizmlərini gücləndirmək,
-və ən əsası, hər bir vətəndaşın sağlamlığını etibar edə biləcəyi dayanıqlı və etibarlı səhiyyə sistemini formalaşdırmaqdır.
Bu istiqamətdə görüləcək işlər hələ çoxdur və bu yolda həkimlərin, alimlərin və bütün səhiyyə ictimaiyyətinin birgə fəaliyyəti həlledici rol oynayacaq. İnanıram ki, bu cür beynəlxalq platformalar həm təcrübə mübadiləsinə, həm də gələcək əməkdaşlıqların qurulmasına mühüm töhfə verəcək.

media-728x90banner

Bənzər xəbərlər