Millət vəkili seçicilərlə görüşdü
Milli Məclisin deputatı Rövşən Muradov seçicilərlə növbəti görüşü keçirilib.
XALQ.AZ məlumat verir ki, Şərqi Zəngəzur iqtisadi rayonunun Laçın şəhər 2 nömrəli tam orta məktəbində görüş keçirilib.
Görüş zamanı sakinlərin sosial-iqtisadi, məişət və məşğulluq problemləri millət vəkili tərəfimindən dinlənilb və qaldırılan məsələlərin həlli istiqamətində sakinlərə köməklik göstərilməsi məqsədi ilə müvafiq dövlət və hökümət orqanlarına müraciətlərin edilməsi görüş iştirakçılarının diqqətinə çatdırıldı. Həmçinin Sus və Zabux kənd tam orta məktəblərində sakinlərlə görüş keçirilib . Bu məktəblərdə də eyni ilə olaraq sakinlər tərəfindən qaldırılan problemlər sosial-iqtisadi, məişət və məşğulluq məsələlərinə dair idi. Müraciətlər qeydiyyata alınıb aidiyyatı qurumlara göndəriləcək.
























