media-mecc

Xəbər verdiyimiz kimi Milli Məclisin deputatı Ramil Həsən vəzifəsindən istefa verir.

Məlumatına görə, bu barədə o, parlamentin bugünkü iclasında çxışı zamanı bildirib.

Qeyd edək ki, Ramil Həsən iyul ayında Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında təşkilatın yeni Baş katibi seçilib.

 

O, yeni vəzifəyə seçilməsi ilə əlaqədar vəzifəsini tərk edəcəyini bildirib.

“Biz artıq 5 ildən biraz çoxdur ki, VI, VII çağırış Milli Məclisdə birlikdəyik. Mənim üçün böyük qürurdur ki,  bu şərəfli məclisdə sizinlə birlikdə fəaliyyət göstərmişəm. Cənab Prezidentin və Sahibə xanım, sizin böyük etimadınız sayəsində TÜRKPA-ya Baş katib kimi təqdim olunmuşam. Fürsətdən istifadə edərək 12 iyunda namizədliyimin verilməsi və dəstəklənməyim üçün göstərmiş olduğunuz hərtərəfli köməyə görə təşəkkür edirəm. VI çağırışa başladığımızda zəfər qazanmamış parlamentin deputatıydıq. Mən qürur hissi keçirirəm ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, Ordumuzun qəhrəman mücadiləsi sayəsində artıq qalib gəlmiş parlamentin millət vəkili kimi bizim sıralarımızı tərk edəcəm. Harada işləmədiyimizdən asılı olmadan ölkəmizə və millətimizə və ölkə rəhbərinə layiq olmalıyıq”.

Qeyd edək ki, Ramil Həsən 2009–2013-cü illərdə də TÜRKPA-nın Baş katibi vəzifəsini daşıyıb.


media-728x90banner

Bənzər xəbərlər