Millət vəkili:”Cənubi Qafqazda sülhə Fransa mane olur”
Bu gün Cənubi Qafqazda sülhün əldə olunmasına mane olan Fransadır.
Bunu Milli Məclisin növbədənkənar sessiyasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Fransa prezidenti Makron Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistan rəhbərliyinə təzyiq edərək sülh sazişinin imzalamamasına imkan vermir.
O əlavə edib ki, bir neçə gün bundan əvvəl Fransada Əlcəzairli gənc Fransa polisi tərəfindən vəhşicəsinə döyüldü. “Eyni zamanda, İsveçdə Qurani-Kərim yandırıldı. Bu, bir daha onu göstərir ki, getdikcə Qərbdə islamafob meyillər artmaqdadır. Qoşulmama Hərəkatının dünənki nazirlər görüşündə də dünən cənab Prezident bu məsələyə geniş toxundu.
Burada bir neçə məqam var. Təəssüf ki, bəzi siyasi liderlər də bunu insan hüquq və azadlqıları ilə əlaqələndirdilər. Birinci Quranın, ümumiyyətlə, hansısa müqəddəs kitabın yandırılması, insan hüquq və azadlıqları ilə əlaqələndirilə bilməz. Bu cür açıqlamalar dinlər arasında etimadı da zədələyir”, – o qeyd edib.
O eyni zamanda bildirib ki, əli milyonlarla insanın qanına batan, qətlə yetirdiyi insanların sümüyündən muzey düzəldən ölkənin Azərbaycanı tənqid etməyə nə hüquqi nə də mənəvi haqqı var.










