Millət vəkilləri Fəxri Xiyabanda
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar olaraq Fəxri xiyabanı ziyarət ediblər.
XALQ xəbər verir ki, onların arasında Milli Məclisin sədri Sahibə Qafarova və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev olub.
Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.



































