Millət vəkilləri Moldovada parlament seçkilərini müşahidə edir
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və deputat Qaya Məmmədov Moldovada keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Kişineu şəhərinə səfər ediblər.
Musa Quliyev QDİƏT PA-nın xətti ilə, deputat Qaya Məmmədov isə ATƏT PA-nın xətti ilə səsvermə prosesini müşahidə edir.
XALQ xəbər verir ki, millət vəkili Musa Quliyev bildirib ki, Kişineu şəhərində seçkilər sakitçiliklə keçir. Dünən şəhərdə bir gərginlik hiss olunur. Seçkidə 30- dan çox partiya mübarizə aparır.