Millət vəkilləri təyyarə qəzası ilə bağlı yazdılar……
Xəbər verdiyimiz kimi, bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin AZAL J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya düşüb.
Millət vəkilləri sosial hebalarında başsağlığı verib:
*****
Uca ALLAH, qəzada həlak olanlara rəhmət etsin !!!
Yaralı olanların da, tezliklə şəfa tapmasını diləyirik…
İmamverdi İsmayılov
Milli Məclisin deputatı
****
Azərbaycanın “AZAL” şirkətinə məxsus, Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan itkisinin baş verməsi hər birimizi çox dərindən kədərləndirdi.
Qəza nəticəsində həlak olmuş insanların ailələrinə, doğmalarına, bütün yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbr arzulayıram. Allah rəhmət eləsin. Yaralananlara, xəsarət alanlara tezliklə şəfa diləyirəm!
Fatma Yıldırım
Mili Məclisin deputatı
*****
Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə baş sağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Aydın Hüseynov
Milli Məclisin deputatı
****
Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk, yaralılara şəfa diləyirik.
Allah rəhmət eləsin!
Şahin Seyidzadə
Milli Məclisin deputatı
*****
Bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində insanların həyatlarını itirməsi xəbəri bizi dərindən sarsıtdı. Faciə nəticəsində vəfat edənlərin ailələrinə və yaxınlarına Uca Tanrıdan səbr, yaralılara tezliklə şəfa diləyirəm.
Allah rəhmət eləsin!
Günay Ağamalı
Milli Məclisin, Ana Vətən Partiyasının sədr müavini.
****
Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə baş sağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Vüqar İskəndərov
Milli Məclisin deputatı
*****
Təyyarə qəzası ilə bağlı həlak olanların yaxınlarına rəhbərlik etdiyim Milli Cəbhə Partiyası – MCP və öz adımdan başsağlığı verirəm. Xalqımızın başı sağ olsun! Böyük faciə oldu!
Allah bütün həlak olanlara rəhmət eləsin. Ruhları şad olsun
Razi Nurullayev
Milli Cəbhə Partiyasının sədri, Mili Məclisin deputatı
******
Bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu faciə nəticəsində xəsarət alanların tezliklə sağalmalarını arzulayıram.
İlham Məmmədov
Milli Məclisin deputatı
*****
Faciədə həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik.
Müşfiq Məmmədli
Milli Məclisin deputatı
****
“AZAL” aviaşirkətinə məxsus Bakı-Qroznı sərnişin təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir. ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara Allahdan şəfa diləyirəm.
Əli Məsimli
Milli Məclisin deputatı,İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri
******
Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirəm.
Sevinc Fətəliyeva
Milli Məclisin deputatı
****
Bu gün baş verən təyyarə qəzası hər birimizi dərindən sarsıtdı. Qəza nəticəsində həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbir diləyirik. Yaralananlara tezliklə şəfa tapmasını arzulayırıq.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı
*****
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində faciəli şəkildə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə səfa tapmasını diləyirəm.
Vasif Qafarov
Milli Məclisin deputatı
****
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyirəm.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
*****
AZAL-ın rəsmi məlumatına əsasən “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Digər məmbələrin məlumatına əsasən, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub. 12 nəfər və 1 uşaq sağ qalıb.
Həyatın itirən şəxslərin ailələrinə səbr diləyir, yaralılara şəfa diləyirəm.
Ülviyyə Həməzyeva
Milli Məclisin deputatı
****
Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri hər birimizi sarsıtdı. Qəzada dünyasını dəyişənlərin doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı verir, onlara səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram!
Zaur Şükürov
Milli Məclisin deputatı
****
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğraması hər birimizi sarsıtdı. Qəzada həlak olan sərnişinlərin və ekipaj üzvlərinin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir, yaralananlara Allahdan şəfa arzulayıram. Bu çətin anlarda “Azərbaycan Hava Yolları”nın heyyətinə səbr diləyirəm.
Göydəniz Qəhramanov
Milli Məclisin deputatı
*****
AZAL-a məxsus Bakıdan Qroznıya uçan təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirmiş sərnişinlərə və ekipaj üzvlərinə Allahdan rəhmət diləyir, qəza qurbanlarının ailə üzvlərinə və bütün doğmalarına başsağlığı və səbr diləyirəm. Allah rəhmət eləsin!
Cavançir Feyziyev
Milli Məclisin deputatı
****
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyirik.
Tahir Mirkişili
Milli Məclisin deputatı
*****
“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması xəbəri bizi dərin kədərə boğdu.
Bu faciəvi hadisə nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını arzulayırıq.
Qaya Məmmədov
Milli Məclisin deputatı
****
Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verir, xəsarət alan insanlara şəfa diləyirik.
Əminə Ağazadə
Milli Məclisin deputatı
*****
Aktau şəhəri yaxınlığında baş vermiş avia qəzada həlak olmuş soydaşlarımıza Allahdan rəhmət diləyir, ailələrinə baş sağlığı verir, yaralılara şəfa arzulayıram.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı
*****
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin qəzaya uğraması xəbəri hamımızı sarsıtdı.
Qəza nəticəsində həyatını itirən sərnişinlərə Allah rəhmət eləsin!
Ailələrinə dərin hüznlə başsağlığı verir, sağ qalanlara cansağlığı arzulayıram.
Məşhur Məmmədov
Milli Məclisin deputatı
*****
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə Uca Allahdan şəfa diləyirəm!
Könül Nurullayeva
Milli Məclisin deputatı
*****
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir, xəsarət alanlara şəfa diləyirəm. Allah səbr versin!
Elnarə Akimova
Milli Məclisin deputatı