Milli Məclisin deputatları tətildən qayıdıblar. Onlar bu gündən – sentyabrın 1-dən iş başındadırlar.

XALQ-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, deputatlar payız sessiyasına hazırlıq məqsədilə komitə iclaslarına başlayacaqlar.

Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Sessiya çərçivəsində plenar iclasların keçirilməsi, bir sıra qanun layihələrinin müzakirəsi və qəbul olunması nəzərdə tutulur.


media-728x90banner

Bənzər xəbərlər