media-mecc

“Bu il biz müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunmasının 30 illiyini qeyd edirik. Bununla əlaqədar 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib. Azərbaycan dövlətçiliyinin tarixi ağır sınaqlar və parlaq qələbələr tarixidir”.

XALQ xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında bildirib.

“1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan siyasi-iqtisadi və digər sahələrdə mürəkkəb vəziyyətə düşüb. Ölkəmizə qarşı silahlı təcavüz dövlət müstəqilliyinin itirilməsi təhlükəsini yaradıb. Belə bir şəraitdə Ümumilli Lider Heydər Əliyevin həyata keçirdiyi tarixi missiya ölkəmizin qarşısında dayanan problemləri aradan qaldırmağa, vəziyyəti sabitləşdirməyə, qanunçuluğu bərpa etməyə imkan verib. Onun rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Konstitusiya ölkənin inkişaf strategiyasını irəli sürdü, xalqın suverenliyi, qanunun aliliyi, hakimiyyət bölgüsü prinsiplərini müəyyən etdi, insan hüquq və azadlıqlarının müdafiəsi üçün təminat yaratdı. Bu mənada ölkəmizin əsas qanunu təkcə hüquqi sənəd deyil, həm də milli tariximizin yeni dövrünün, gələcəyə inam və quruculuq dövrünün simvoludur”, – spiker qeyd edib.

Konfransda çıxış edən Pakistan Senatının sədri Syed Yusuf Raza bildirib ki, mürəkkəb çağırışların olduğu dünyada Konstitusiya dövlət və xalq arasındakı körpü kimi təməl rolunu oynayır:

“Bu konsepsiya hər zaman millətlərin kollektiv şüuraltında fundamentdir. Azərbaycan haqqında bir məqamı diqqətə çatdırım. İlham Əliyevin nəzdində bu məsələlər, milli birlik, kimlik və sadiqlik ölkədə formalaşıb. Mən Azərbaycanı məhz Konstitusiyanın 30 illiyinə həsr olunan tədbirə görə təbrik edirəm. İlham Əliyevin məhz bu ili Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan etməsi öz dəyərlərinə sadiqliyinin nümunəsidir.

Bu gün suverenlik sınaqlarla üz-üzədir. Qlobal böhranlar bütün dünyada yayılmaqda və həmçinin yeni çağırışlar etməkdədir. Gəlin suverenlik və bərabərlik prinsiplərinə birlikdə addım ataq. Biz üç dövlətik – Azərbaycan, Pakistan və Türkiyə. Biz üç dövlət və bir millətik. Mən bir daha Azərbaycana ev sahibliyinə görə təşəkkürümü bildirirəm”.

***

Rumıniya Parlament Senatının sədri Mirça Abrudean qeyd edib ki, 3 onillikdə Konstitusiyanız həm tarixi, həm də hüquqi əhəmiyyətini qoruyub saxlayıb, ölkənin dinamik inkişafı yanaşı təkamül edib:

“Sizin təməl qanununuz ərazi bütövlüyü, suverenlik, qanun qarşısında bərabərlik və insan hüquqlarına hörmət prinsiplərini təsdiqləyib. Prezident İlham Əliyevin 2025-ci ili Konstitusiya və Suverenlik İli elan etməsi bu sənədin əhəmiyyətini bir daha vurğulayır. Bu gün burada Konstitusiyanızın 30 illiyinə həsr edilən beynəlxalq konfransda iştirakım iki parlament arasında dostluğumuzun aydın göstəricidir.

Parlamentlər real nəticələrə fokuslandıqda effektli iş ortaya qoyurlar. Sizin “ASAN Xidmət” modeliniz var. Biz bu təcrübəni Rumıniyada tətbiq edə bilərik. Biz artıq proseslərə başlamışıq. Ölkələrimiz artıq bir sıra layihələrdə əməkdaşlıq edirlər. Sizin Konstitusiyanız canlı bir çəriçivədir. O, hüquqları qoruyur, hakimiyyətin bölgüsünü tənzimləyir və məsuliyyət tələb edir. Konstitusiya və Suverenlik İli bu baxımdan yeni bir fürsət yaradır. Gəlin bu fürsətdən istifadə edərək ortaq məqsədləri müəyyənləşdirək və konkret nailiyyətlər əldə edək”.


media-728x90banner

Bənzər xəbərlər