Qazilərin böyük əksəriyyəti ali təhsilli olmaması onların yaxşı işə düzəlməsinə imkan vermir.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

Millət vəkili çıxış edərək bildirib ki, təklifim qazilərin işsizliyi ilə bağlıdır. Demək olar ki, böyük əksəriyyətin ali təhsili yoxdur və bu onların yaxşı işə düzəlməsinə imkan vermir. Bu təkıifi iki dəfə səsləndirmişəm və yenə də təklif edirəm. Nazirliklə ali təhsil müəssisələri arasında razılaşma əldə olunsun və onların nəzdində bir-iki illik təhsil proqramları yaradılsın. Hökumət buradan irəli gələn məsələləri ghəll edə bilər. Bu sosial narazılıqların aradan qalıdırlmasında əsaslı rol oynayardı”, – deputat deyib.


media-728x90banner

Bənzər xəbərlər