media-resad-yeni

Sentyabrın 30-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib. Spiker sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Sonra Milli Məclisin sədri payız sessiyasının başlaması münasibətilə deputatları təbrik edib, onlara qanunvericilik fəaliyyətlərində uğurlar arzulayıb.Spiker bildirib ki, tətil dövründə qanunvericilik işinə fasilə verilsə də, Milli Məclisin beynəlxalq fəaliyyəti davam edib. Bu dövrdə Milli Məclisin 27 deputatı 14 xarici ölkəyə 32 səfər həyata keçirib. Deputatlarımız 4 beynəlxalq təşkilatın tədbirlərində iştirak edib, habelə Qazaxıstanda və Rusiyada keçirilən parlament seçkilərini müşahidə ediblər.Bu dövrdə 14 ölkənin və 4 beynəlxalq təşkilatın 24 nümayəndə heyəti, ümumən 142 nəfər xarici qonaq Milli Məclisdə olub.Spiker ötən dövrdə özünün bir sıra xarici ölkələrin nümayəndələri ilə Milli Məclisdə keçirdiyi ikitərəfli görüşlərdən də danışıb. O, diqqətə çatdırıb ki, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini, Fələstinin və Tacikistanın baş nazirləri, Pan-Afrika Parlamentinin Prezidenti, TürkPA-nın Baş katibi, Gürcüstan parlamentinin sədr müavini, Çin Xalq Respublikasının hakim partiyasının rəhbər vəzifəli şəxsi və başçılıq etdikləri nümayəndə heyətləri, yenə də Çin Xalq Respublikasının və Özbəkistanın baş prokurorları ilə görüşlər Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı baxımından əhəmiyyətli idi. Spiker qeyd edib ki, Pan-Afrika Parlamentinin Prezidenti Fatih Boutbiq ilə görüşdən sonra Pan-Afrika Parlamenti ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanıb. Bu, şəbəkənin yarandığı 5 il ərzində imzalanmış 10-cu əməkdaşlıq sənədidir.

media-inbound9204166839678051200 media-inbound6986201985858150424 media-inbound7515013152054038915 media-inbound127190862837906010 media-inbound7394542454393699422 media-inbound6202570605811303130


media-728x90banner

Bənzər xəbərlər