Milli Məclisdə büdcə müzakirəsi zamanı hansı deputatlar zalı tərk edib?
Milli Məclisin keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deputatlara irad tutub.
XALQ.AZ xəbər verir ki, spiker deputatlara büdcə ilə bağlı qanuna ciddi yanaşmalarını istəyib.
“Bunlar çox ciddi qanun layihələridir, ciddi də münasibət tələb olunur”, – o, 2024-cü il dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dəyişikliyin müzakirəsi zamanı deyib.
Spiker qanun layihəsinin müzakirəsində diqqətli olmağa çağırıb: “Müzakirələrdə iştirak etmək istəməyənlər artıq zaldan çıxıb. Xahiş edirəm, bir-birinizə qulaq asın”.
Qeyd edək ki, 2024-cü il dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dəyişikliyin müzakirəsi zamanı bir nəçə deputat müzakirələrdə iştirak etməyib və zalı tərk ediblər.