Milli Məclisin komitə iclasları başlayır
Milli Məclisin deputatları ötən gün tətildən qayıdıblar.
XALQ-ın əldə etdiyi məlumata görə, sentyabrın 10-dan parlamentdə komitə iclasları başlayacaq.
Komitələrin ilk iclaslarında 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı layihəsi müzakirə ediləcək.
Payız sessiyasının plenar iclasları isə sentyabrın 30-dan etibarən start götürəcək.
Milli Məclisin Daxili Nizamnaməsinə görə, payız sessiyası dekabrın 30-dək davam edir.