Milli Məclisin şöbə müdir müavini Laçından deputatlığa namizəd oldu
Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısı açıqlanıb.
Siyahıda bir sıra yeni ismlər də var.
XALQ.AZ xəbər verir ki, namizədliyi irəli sürülən şəxslərdən 121 saylı Laçın seçki dairəsindən “YAP”ın namizədı Milli Məclisin şöbə müdir müavini Rövşən Muradovdur.
Rövşən Muradov 1970-ci ildə Bakı şəhərində doğulub. Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində çalışıb. 3-cü dərəcə dövlət müşaviridir, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təltif olunub. İqtisad üzrə elmlər doktorudur, 4 monoqrafiya, 70-dək elmi-metodiki əsərin müəllifidir.