Milli Qəhraman Ehtiram Əliyev və Dünya çempionu Rafael Ağayev Yasamal sakinlərinə çağırış etdi
1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 15 saylı Yasamal birinci Seçki Dairəsindən deputatlığa namizəd Ülvi Quliyev avqustun 9-da başlayan təbliğat və təşviqat kampaniyası çərçivəsində bu günə qədər çoxsaylı görüşlər keçirib.
XALQ.AZ məlumat verir ki, deputatlığa namizəd Ülvi Quliyev seçki dairəsi ərazisində növbəti dəfə seçicilərlə görüşüb. Görüşdə Milli Qəhraman Ehtiram Əliyev və Dünya Çempionu Rafael Ağayev çıxış edərək Yasamal sakinlərinə 1 sentyabrda Ülvi Quliyevə səs verməyə davət ediblər. Görüşdə Ülvi Quliyev seçicilərin şikayət və təkliflərini dinləyib.