media-544

Binəqədi rayonu,  Mir Cəlal küçəsində  qızğın inşaat işləri aparılır. Yerli sakinlər iddia edirlər ki, ərazidə görülən işlər qanunsuzdur: nə müvafiq dövlət orqanlarından tikintiyə icazə verilib, nə də təhlükəsizlik normalarına əməl olunur.

Qanunsuz tikinti bir müddət öncə aidiyyatı orqanlar tərəfindən dayandırıldığı bildirilmişdir. Lakin bu gün qanunsuz tikinti işləri aparıldığı məluma olub.

Bu barədə XALQ  -a verilən məlumatda qeyd edilib ki, tikinti icra hakimiyyətinin səlahiyyətli şəxsləri ilə “razılaşma” əsasında aparıldığı bildirilir. zonası birbaşa yüksək gərginlikli elektrik xətlərinin altındadır.   Bu qanunsuz aparılan tikinti prosesində normativ tələblər gözlənilmir, əraziyə səs-küy yayılır, yaxınlıqdakı evlərdə yaşayanların gündəlik həyatı pozulur. Toz-torpaq, səs-küydən bezən sakinlər dəfələrlə narazılıqlarını da bildiriblər. Ancaq onların narazılığına reaksiya verən dövlət qurumu yoxdur.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi məlumat bazasında  Binəqədi rayonu Mir Cəlal   küçəsində  hər hansı bir tikinti barədə rəsmi qeyd və məlumat göstərilməyib.

Məsələ ilə bağlı Binəqədi  rayon icra hakimiyyətinin münasibət öyrənmək  mümkün olmadı.  Həmçinin qanunsuz tikinti ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində heç bir açıqlama verilmədi.

Aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.


media-728x90banner

Bənzər xəbərlər