Mir Cəlal küçəsində qanunsuz tikintiyə hansı məmur icazə verib?
Paytaxtın Mir Cəlal küçəsində qanunsuz tikinti işləri aparılır. Yerli sakinlər bildirirlər ki, uzun müddətdir bu ərazidə aparılan tikinti prosesi heç bir rəsmi sənədlərə əsaslanmadan həyata keçirilir. Qanunlara zidd olaraq aparılan inşaat işləri həm təhlükəsizlik, həm də şəhərsalma normalarına ciddi zərbə vurur.
Məsələ ilə bağlı ən çox diqqət çəkən məqam isə odur ki, bu tikinti işlərinə qarşı aidiyyəti qurumlar hələ də heç bir tədbir görmür. Sakinlər arasında haqlı sual yaranır: kimlər bu sahibkara himayədarlıq edir?
Sakinlərin sözlərinə görə, sahibkar öz nüfuz dairəsindən istifadə edərək müvafiq orqanların müdaxiləsinin qarşısını alır. Halbuki, Azərbaycan Respublikasının qanunvericiliyi açıq şəkildə bildirir ki, hər bir tikinti yalnız rəsmi icazə və təsdiqlənmiş layihələr əsasında aparıla bilər. Əks halda, bu tikililər həm sökülməli, həm də məsuliyyətə səbəb olmalıdır.
Mir Cəlal küçəsində qanunsuz tikintiyə hansı məmurlar göz yumur?
Nə üçün sakinlərin şikayətləri cavabsız qalır?
Qurumalrın münasibətini dərc etməyə hazırırq.