media-903

Nə məhsul təhvil verilir, nə də pulum qaytarılır” | 4900 manatlıq parket niyə yoxa çıxdı? –

Paytaxtda fəaliyyət göstərən “Mister Wood” mağazası ilə bağlı şikayət var. Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, 4 900 manat ödədiyi məhsul dörd aya yaxındır ona təhvil verilmir. Şikayətçi Burak Aktaşın sözlərinə görə, “Mister Wood” mağazasından parket sifariş edib, lakin məhsul hələ də təqdim olunmayıb: “Pulu geri tələb etsəm də, qaytarılmayıb. Dəfələrlə mağazanın rəhbərləri Səfər Qasımov və Şəfa Qasımova ilə əlaqə saxlamışam. Hər dəfə “bu gün”, “sabah” deyərək məni gözlədiblər. Hazırda fəaliyyətlərini demək olar ki, dayandırıblar. Heç bir məhsul istehsal etmirlər”. “Mister Wood” mağazasının sahibi Səfər Qasımov isə məsələ ilə bağlı bildirib ki, istehsalatda problemlər yaranıb: “Müştərilərə də məlumat vermişik ki, ödənişlər bu həftənin sonuna qədər həyata keçiriləcək”. Hazırda məsələ ilə bağlı polis orqanlarında araşdırma aparılır.


media-728x90banner

Bənzər xəbərlər