Sabah Milli Məclisdə Səhiyyə və Hüquq siyasəti komitələrinin birgə iclası çağırılıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirli bildirib:

“Sabah (16 mart) Milli Məclisdə Səhiyyə və Hüquq Siyasəti komitələrinin birgə iclası olacaq. Koronavirusla bağlı ölkəmizdə hazırki durum və görülən tədbirlər müzakirə olunacaq. Səhiyyə Nazirliyinin rəsmiləri də gələcəklər”, – millət vəkili qeyd edib.


media-728x90banner

Bənzər xəbərlər