Movlud Çavuşoğlu Xalq yazıçısı Elçinin məzarına əklil göndərdi
Movlud Çavuşoğlu Xalq yazıçısı Elçinin məzarına əklil göndərdi
XALQ xəbər verir ki, Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn mərasiminə əklil göndərib.
Əklil mərhum yazıçının I Fəxri Xiyabandakı məzarı üstünə qoyulub.
Qeyd edək ki, 82 yaşında vəfat edən Xalq yazıçısı Elçin Əfəndiyev Birinci Fəxri xiyabanda dəfn olunub.
Həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndəriblər.