Mövsümi meyvə və tərəvəzlərin qiyməti: Lobya 13 manat ,pomidor 10 manat, şaftalı 50 manat
Paytaxt bazarlarında bəzi meyvə və tərəvəzlərin qiymətində ötən illə müqayisədə kəskin artım müşahidə olunur. XALQ.AZ ATV-yə istinadən məlumat verir ki, növündən asılı olaraq pomidorun qiyməti 3 manatdan 20 manatadək, xiyarın qiyməti isə 1 manat 50 qəpikdən 4 manatadək təklif olunur.
Hazırda bazarda yerli şaftalının bir kiloqramı 50 manatdır. Satıcılar isə bildiriblər ki, qiymətlər əsasən məhsulun sortuna görə dəyişir.
İqtisadçı-ekspertlər hesab edirlər ki, tərəvəzlərin bahalaşmasına səbəb ötən ilə nisbətən istehsalçıların xərclərinin artmasıdır.