“Mr Kemikal” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Dövlət Gömrük Komitəsinin (DGK) Təhqiqat şöbəsinə izahat verməkdən imtina edib.
XALQ Qaynarinfo.az-a istinadən məlumatına görə, MMC İranın “Hamidreza Houshanqi” şirkətindən “Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” gömrük postundan keçməklə Azərbaycana “qaldırıcı” yük idxal edib.
Lakin qeyd edilən yük gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada verilməli olan qısa idxal bəyannaməsi təqdim edilməyib. Telefonla danışıq zamanı şirkətin nümayəndəsi bildirib ki, MMC əməkdaşı digər işləri ilə əlaqədar olaraq izahat vermək üçün Təhqiqat şöbəsinə gələ bilməyəcək və İnzibati Xəta Haqqında protokol nümayəndənin iştirakı olmadan tərtib olunsun.
“Mr Kemikal” barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib. İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
Məhkəmənin hökmü ilə şirkət 1500 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Mr Kemikal” MMC-nin qanuni təmsilçisi Quliyev Rizvan Rza oğludur.

media-728x90banner

Bənzər xəbərlər