MSK-nın üzvü İlham Məmmədov Parlamentin ilk iclasında-Video -Foto
Sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclası keçirilib. İclas zamanı parlament sədri, vitse-spikerlər, komitə sədrləri və onların müavinləri seçilib.İclasda ölkə başçısı İlham Əliyev də iştirak edib. Dövlət başçısı iclas zamanı geniş və dolğun məzmunlu nitq söyləyib.
Sosial şəbəkələrdə iclasdan görüntülər yayılıb. Həmin görüntülərdə bəzi MSK-a üzvləri deputatlar iclas zamanı mürgülədiyi diqqət çəkir
İclas iştirakçıları VII çağırış Milli Məclisin elə ilk iclasında, həm də Prezidentin çıxış etdiyi məqamda yuxulaması ciddi müzakirələrə və tənqidlərə səbəb olub.
İclas zamanı Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədovun görüntüləri yayılıb. İlham Məmmədov MSK-da Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edir.
XALQ.AZ həmin anları təqdim edir:
Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədovdan heç bir açıqlama almaq mümkün olmadı.