media-mubar

Türkiyədə “Ekol TV”nin maliyyə mənbələri ilə bağlı istintaq aparılır. Kanalın qanunsuz mərc və cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması iddiaları araşdırılır.

Bəzi Türkiyə və Azərbaycan saytlarında təqsirləndirilən şəxslər sırasında iş adamı, “Palmali”nin sahibi Mübariz Mənsimovun adı təqsirləndirilən şəxs qismində çəkilir.

XALQ-ın məlumatına görə  Mübariz Mənsimov açıqlamasında bildirib ki, Ekol TV ilə heç bir əlaqəsi yoxdur və xəbərləri qəti şəkildə təkzib edir.

“Bir sıra yazılı və vizual mediada Ekol TV adlı televiziya kanalı ilə bağlı mənim haqqımda yayılan xəbərlər həqiqəti əks etdirmir. Adı çəkilən televiziya kanalı ilə mənim heç bir əlaqəm yoxdur. Belə iftiraya yönəlmiş iddia və xəbərlər keçmişdə də yayımlanıb. Şəxsimi gözdən salmaq məqsədilə ortaya atılan bu iddiaları  qəti şəkildə pisləyirəm”, – o açıqlamasında bildirib.

Mətbuatda adı çəkilən xəbərdə təqsirli şəxs qismində Veysel Şahin (əsas şübhəli), “Ekol TV”nin İdarə Heyətinin sədri Emrah Doğru, İdarə Heyətinin üzvü Arif Çətin və vəkil Ersan Şen də adları çəkilir.


media-728x90banner

Bənzər xəbərlər