Azərbaycanın 2026-cı il dövlət büdcəsində təhsil xərcləri 5 milyard 15 milyon 897 min 622 manat məbləğində nəzərdə tutulub. Bu göstərici 2025-ci illə müqayisədə təxminən 78,6 milyon manat çoxdur. Ümumilikdə təhsil xərclərində 1,6 faizlik artım müşahidə olunur.

 XALQ xəbər verir ki, büdcədən peşə və ali təhsil üçün daha çox vəsait ayrılıb.

Rəsmi rəqəmlərə görə, peşə təhsili üçün ayrılan vəsait 28,3 faiz, ali təhsil üçün isə 17,6 faiz artıb. Belə ki, peşə təhsilinə 105,4 milyon manat, ali təhsilə isə 212,4 milyon manat ayrılıb.

Artım əsasında təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi, müasir ixtisas proqramlarının tətbiqi və müəllimlərin maaşlarının mərhələli şəkildə artırılması ilə bağlıdır.

Ümumi təhsildə cüzi artım, orta ixtisasda azalma müşahidə olunur

2026-cı ildə ümumi təhsil üçün 2 milyard 414 milyon manat ayrılıb – bu da 2025-ci illə müqayisədə 67 milyon manat çoxdur. Artım əsasən müəllimlərin əməkhaqqı fondunun artırılması və məktəblərin yenidənqurulması layihələri ilə əlaqələndirilir.

Bununla yanaşı, orta ixtisas təhsilinə ayrılan vəsait 104,8 milyon manatdan 94,2 milyon manata enib, yəni 10,2 faiz azalma baş verib. Əlavə təhsil üçün nəzərdə tutulan məbləğdə də cüzi azalma (2,6 faiz) qeydə alınıb.


media-728x90banner

Bənzər xəbərlər