Müğənnilər “Yeni il” gecəsi bu qiymətə restoranlarda çıxış edəcək-Siyahı
Müğənnilərin yeni il gecəsi restoranlarda çıxışı üçün qiymətlərinin siyahısı təqdim edilib və hazırda sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzular arasındadır.
Qarşıdan gələn Yeni il bayramı üçün azərbaycanlı müğənnilərin səhnədə çıxış qiymətləri bəlli olub. Şou-biznes nümayəndələrinin bəziləri paytaxtda, bəziləri isə bölgələrdə yeni il günü səhnəyə çıxacaqlar.
XALQ sənətçilərin həmin gün üçün əldə edəcəkləri qonorarın miqdarını araşdırıb.
Sözügedən araşdırmanı təqdim edirik:
Xalq artisti Röya AyxanYeni il günü paytaxtın dəbdəbəli məkanlarından birində sevənlərinin görüşünüə gələcək. Yeni il günü 10 000 AZN-ə yaxın qonorar alacaq.
Xalq artisti Aygün Kazımova da Yeni il gecəsi Bakıda çıxış edəcək. Pop diva fərqli məkanda pərəstişkarlarını öz ifaları sevindirəcək. Kulislərdə gəzən məlumata görə, Xalq artisti bir çıxışı üçün 10 000 AZN qonorar alacaq.
Xalq artisti Faiq Ağayevdə Yeni il gecəsi fərqli repertuar ilə çıxış edəcək: Bir necə məkanda çıxışı üçün 10 min manat qonarar istədiyi bildirilib.
Əməkdar artist Lalə Məmmədovada paytaxtda çıxış edəcək. İfaçı 30 dəqiqəlik çıxışı üçün 7000 AZN qazanacaq
Sevilən müğənni Murad Arifdə Yeni il günü çıxış edəcək. Murad Arif 8 min manat qonarar alacağı bildirilir.
Zamiq müxtəlif restoranlarda çıxış edəcək çıxışı üçün 7000 AZN qonarar alacaq.

Sevilən sənətçi Vəfa Şərifovada Yeni il gecəsi şou-proqramlarda çıxış edəcək: Müğnni çıxışı üçün 7000 manat qonaraq alacaq.
Aysun İsmayılova Yeni il gecəsi fərqli repertuarla çıxış edəcək. Qonararı 7 min AZN olacağı bildirilir.

















