media-55

Bildiyini bilənin arxasınca gedin,
Bildiyini bilməyəni oyandırın,
Bilmədiyini bilənə öyrədin,
Bilmədiyini bilməyəndən qaçın. 

Konfutsi

Qədim Çin filosofu və pedaqoqu 

media-55

Bəzən insanın daşıdığı ad təkcə onun kimliyindən deyil, həm də hansı bacarığa, qabiliyyətə, istedada, biliyə sahib olmasından xəbər verir. Şəkildə gördüyünüz bu gülərüz, xoşsima balamız  – Hacıqabul rayonu Rahim Abdullayev adına Qubalıbaloğlan kənd tam orta məktəbinin 5b sinif şagirdi Kəmalə Əliyeva da belə bir missiyanın daşıyıcılarındandır. O, ağıllı, kamallı, sinif yoldaşlarına, müəllimlərinə qarşı səmimi, mehriban olmaqla yanaşı, eyni zamanda mükəmməl savada malikdir.

media-56

 

 

 

Zəhmətkeş bir ailədə  dünyaya göz açmış Əliyeva Kəmalə Vüsal qızı nümunəvi davranışı, xoş rəftarı ilə məktəbin sayılıb-seçilən şagirdlərindəndir. O, təkcə özünə qarşı tələbkarlığı ilə kifayətlənmir, dərsini zəif oxuyan, hər hansı bir tapşırığı qavramaqda çətinlik çəkən sinif yoldaşlarına da daim yardımçı olur, onlardan bilik və bacarığını əsirgəmir.  Vaxt bölgüsünə dəqiqliklə riayət edən Kəmalə dərslərini hazırlayandan sonra  ev işlərində də anasına  yaxından kömək edir.

Bu kiçikyaşlı qızcığazın təhsil uğurları isə saysızdır; yaxşı və əla oxuduğuna, nümunəvi davranışına görə dəfələrlə Fəxri diplomlara, Bilik yarışlarında sertifikatlara layiq görülüb. Kəmalənin uğurlarının təməlində isə əlbəttə ki, ibtidai sinif müəllimi Seyidzəhra Heydərovanın əməyi dayanır. Şagirdlərinə qarşı səmimi və son dərəcə tələbkar olan Seyidzəhra müəllim yorulmaz əməyi, dərin biliyi ilə Kəmalə kimi neçə-neçə şagirdin təhsil həyatına öz uğur imzasını atan müəllimlərdəndir. O, şagirdlərinə daim mənəvi-əxlaqi dəyərlərimizi, doğru-düzgün davranış qaydalarını, elmin incəliklərinə dərindən yiyələnməyi aşılayıb və buna layiqincə nail olub.

Ulu öndər Heydər Əliyevin “Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur” sözlərini həmişə uca tutan təcrübəli pedaqoq Seyidzəhra müəllim bu gün də öz sevimli, müqəddəs müəllimlik missiyasını davam etdirir, gənc nəslin cəmiyyətə layiqli vətəndaş olaraq yetişməsində önəmli addımlarını atır.

Təqdirolunası bu uğur yollarında Seyidzəhra müəllimə, vaxtilə sevimli şagirdi olmuş Kəmalə Əliyevaya, onların simasında bütün müəllim və şagirdlərə həm həyatda, həm təhsildə bol-bol uğurlar arzulayırıq.

P.S.: Kəmalənin uğurlarının davamlı, ardıcıl olmasında hazırda ona 5-ci sinifdə dərs deyən fənn müəllimlərinin də əməyi danılmazdır. Və bu mənada onlara bir təşəkkür borcumuz var.

media-57 media-58 media-59 media-60

 


media-728x90banner

Bənzər xəbərlər