Musa Abbasov Kliniki Tibbi Mərkəzin təyin olunub
Kliniki Tibbi Mərkəzə yeni direktor təyin olunub.
XALQ xəbər verir ki, bu vəzifəyə Musa Abbasov gətirilib.
Bununla bağlı müvafiq Əmri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramov imzalayıb.
Musa Abbasov bu gündən vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, o, 2020-ci ildən bu təyinata qədər Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsində çalışıb.










