Musa Quliyev Fəxri Fərmanla təltif olundu
Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Fəxri Fərmanla təltif olunub. XALQ.AZ xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: “Azərbaycan- Qırğızstan parlamentlərarası əlaqələr qrupunun rəhbəri olaraq dost və qardaş Qırğız Respublikasının Fəxri Fərmanı ilə təltif olunmaq həm şərəf, həm məsuliyyət həm də gələcək fəaliyyət üçün stimuldur”.
Qeyd edək ki, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev iyunun 3-də ölkəmizə rəsmi səfərə gəlib. Səfər zamanı Qırğız Respublikası Joqorku Keneşinin sədri Füzuli və Şuşa şəhərlərində olacaq, TÜRKPA-nın Bakıda keçiriləcək 13-cü Plenar İclasının tədbirlərində iştirak edəcək və bir sıra görüşlər keçirəcək.










