Musa Quliyev Kiprdə görüşlər keçirdi
Milli Məclisin deputatı Musa Quliyevin başçılıq etdiyi Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinin ” Mutlu Barış Hərakatının” 51- ci il dönümü çərcivəsində Lefkoşada Prezident Ersin Tatarla görüşü keçirilib. Görüş çox səmimi ortamda baş tutdu. KKTC- nin Prezidenti Qarabağda tarixi zəfər qazanmış, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın uğurlarına sevindiyini qeyd etdi və ölkəsinə verdiyi hərtərəfli dəstəyə görə cənab Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına minnətdarlığını bildirdi deyə millət vəkili qeyd edib.
Həmçinin Şimali Kipr Türk Respublikasının parlamentinin sədri Ziya Öztürklər 20 İyul – Sülh və Azadlıq Günü münasibətilə Lefkoşada səfərdə olan Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyevi və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
XALQ xəbər verir ki, görüş zamanı iki qardaş ölkə arasında siyasi əməkdaşlığın dərinləşməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Şimali Kipr Türk Respublikası ilə Azərbaycan arasında partiyalararası əlaqələrin inkişafının əhəmiyyətindən danışan Z.Öztürkler Şimali Kiprin Milli Birlik Partiyası ilə Yeni Azərbaycan Partiyası arasındakı təmaslardan məmnunluğunu ifadə edib, bu əməkdaşlığın Türk dünyasının siyasi həmrəyliyinə töhfə verdiyini vurğulayıb.
YAP İdarə Heyətinin üzvü Musa Quliyev öz növbəsində parlament sədrinə Sülh və Azadlıq Günü münasibətilə təbriklərini çatdırıb.