Musa Quliyevin seçicilərin müraciətlərini dinlədi
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev 12-13 oktyabr 2024-cü il tarixlərində Gəncə şəhərində Şəhid ailəsi üzvləri və seçiciləri ilə görüş keçirmişdir.
XALQ.AZ məlumat verir ki, görüşdə Musa Quliyev növbədənkənar parlament seçkilərində seçicilərin fəallığına, inam və etimadına görə öz minnətdarlığını bildirib. Gorüş zamanı seçicilər səhiyyə, əlillik və pensiya təminatı, qaz, su borclarının ödənilməsi, mənzil təminatı, məşğulluq, və s. sahədə üzləşdikləri problemləri qaldırıblar. Müraciət edən vətəndaşların yerli xarakterli problemlərinin əksəriyyəti deputat tərəfindən yerindəcə həll edilib. Digər məsələlər isə qeydiyyata alınıb və icra olunması üçün deputat sorğuları və məktub formasında hazırlanaraq aidiyyati üzrə yönləndirilməsi işlərinə başlanılıb.



















