Musa Quliyevin seçicilərlə görüşləri davam edir
Azərbaycan Respublikası Milli Məclisinə VII çağırış növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının 40 saylı Gəncə üçüncü seçki dairəsindən namizədi Musa Quliyevin seçicilərlə növbəti görüşləri keçirilib.
XALQ.AZ məlumat verir ki, Musa Quliyev bildirib ki, qəhrəman şəhidimiz İmamverdi Hüseynovun şəhadətinin anım günü məclisində iştirak etdik, əziz şəhidlərimiz Rahib Novruzovun və Cəfər Cəlilovun ailəsini ziyarət etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Həmçinin YAP Gəncə şəhər təşkilatının qərargahında secicilərlə görüş keçirilib.
















