Musa Urud “Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti” adlı kitabını Prezident Kitabxanasına hədiyyə edib
Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, şair-publisist Musa Urud müəllifi olduğu “Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti” adlı kitabını Prezident Kitabxanasına hədiyyə edib.
Kitab, 1920-ci ildə Sovet hökuməti tərəfindən Ermənistan SSR-ə verilməsinə baxmayaraq, Azərbaycanın qədim mədəniyyət və dövlətçilik mərkəzlərindən biri olan Qərbi Zəngəzurdakı toponimlərin ətraflı və sistemli tədqiqinə həsr olunmuş və bölgənin tarixi yaddaşının bərpası baxımından mühüm elmi əhəmiyyət daşıyan bir tədqiqat əsəridir.










