Müşfiq Məmmədli seçicilərlə görüşüb
Milli Məclisin deputatı Müşfiq Məmmədli seçicilərlə görüşüb
XALQ.AZ xəbər verir ki, millət vəkilinin Qubada Şuduq kənd inzibati ərazi dairəsi üzrə vətəndaşlarla keçirilən görüşdə əhalinin gündəlik həyatında qarşılaşdığı sosial, infrastruktur və hüquqi xarakterli məsələlər müzakirə olunub. Görüş zamanı vətəndaşların səsləndirdiyi təkliflər dinlənildi, onların mövcud problemlərinin operativ şəkildə həlli üçün qeydiyyat aparılıb.