“Muzdlu erməni döyüşçülər indi də dinc Ukrayna əhalisinə qarşı soyqırımında iştirak edirlər” – Deputat
Erməni kilsəsinin Ukrayna ərazisində işğalçı müharibəni dəstəklədiyinə dair faktlar ortaya çıxıb. Bu haqda “Ukrainskaya Pravda” qəzetinin 4 iyul tarixli sayında məqalə dərc olunub. “Erməni batalyonunun Moskvada müharibəyə qatılmaq üçün xeyir-dua aldığı tədbirdə Avromeydan hadisələrində iğtişaşlar törədən qrupun təşkilatçısı iştirak etmişdir” adlı məqalə Rusiya teleqram kanallarında yayılmış foto-faktlar əsasında hazırlanıb. Məqalədə bildirilir ki, Moskvada Erməni Apostol Kilsəsində “ARBAT” adlı yeni erməni batalyonu yaradılmış və Donbasda döyüşlərdə iştirak etməsi üçün xeyir-dua tədbiri keçirilmişdir. Erməni batalyonunun döyüşlərdə Ermənistan bayrağı altında vuruşacağı da məqalədə qeyd edilir.
Fotolarda erməni kilsə xadimlərinin Ukraynanın Donbas regionunda döyüşlərə qatılacaq erməni döyüşçülərə xeyir-dua verməsi əks olunur. Keşişin yeni yaradılmış “ARBAT” batalyonunun komandiri Abrek ləqəbli Hayk Qasparyana xaç çəkərək salamlamasını görmək olar. Hayk Qasparyan Vaqner qrupunda hərbi təlim aldığını bildirmişdir.
Diqqət çəkən ən maraqlı məqam isə mərasimdə Armen Sərkisyanın fotolarda xeyir-dua alan batalyon üzvləri arasında olmasıdır. Armen Horlivski ləqəbi ilə tanınan Armen Sərkisyan Ukraynada axtarışdadır. O, 2014-cü ildə Kiyevdə Maydan hadisələri zamanı “ölüm briqadaları” yaradaraq dinc nümayişçilərə qarşı divan tutan qrupa rəhbərlik etmişdir. Sərkisyanın divan tutduğu nümayişçilər arasında 2014-cü il fevralın 18-dən 19-na keçən gecə qətlə yetirilmiş Ukraynalı jurnalist Vyaçeslav Veremii də var. Veremiini qətlə yetirən Yuri Krısin adlı qatil Ukrayna məhkəməsində etiraf etmişdir ki, Maydanda dinc nümayişçilərə terror aktı törətmək üçün Sərkisyandan 20.000 ABŞ dolları alıbmış.
Ortya çıxan faktlar onu sübut edir ki, erməni kilsəsi dinc Ukrayna əhalisini qırmağa yollanan terrorçuların təşkilatlanmasında fəal iştirak edir. Əslində erməni kilsəsi hər zaman terrorçuluqla məşğul olub və Azərbaycana, xalqımıza qarşı davamlı terror aktları, müharibə cinayətləri törətməklə məşğul olmuşdur. Terrorçuluq xislətindən əl çəkə bilməyən ermənilər, muzdlu erməni döyüşçülər indi də dinc Ukrayna əhalisinə qarşı soyqırımında iştirak edirlər.
Cavid Osmanov,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı










