Nabranda uşaq hovuzda boğuldu
Xaçmaz rayonu Nabran qəsəbəsi ərazisində yerləşən “El-Faro” istirahət və əyləncə mərkəzində bədbəxt hadisə baş verib.
XALQ.AZ xəbər verir ki, ailəsi ilə istirahətə gedən 13 yaşlı Etibar Böyükağa oğlu Həsənli istirahət mərkəzinin böyüklər üçün nəzərdə tutulmuş hovuzunda boğularaq ölüb.
Məlumata görə, yaxınlarının diqqətindən kənar qalan azyaşlı nəzarətçilərin də səhlənkarlığı səbəbindən hovuza düşüb.
Hadisədən sonra istirahət mərkəzinin hovuzu bağlanıb, nəzərdə tutulmuş əyləncə proqramı ləğv edilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.