Naftalanın icra başçısı Vuqar Novruzovun Ramiz Mehdiyevlə hansı əlaqələri var?
Dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və çirkli pulların yuyulması kimi xüsusilə ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin vaxtilə yüksək vəzifəyə yerləşdirdiyi məmurların əksəriyyəti hələ də vəzifədə qalırlar.
XALQ Azfakt.com istinadən məlumat verir ki Ramiz Mehdiyevin çevrəsinə daxil olan məmurlardan biri də Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovdur.
Vüqar Novruzovun atası 1996-cı ildən Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzovun Ramiz Mehdiyevlə həmyerli və qohumluq əlaqələrinin olduğu deyilir.
Vahid Novruzovun 1996-cı ildə Auditorlar Palatasının sədri vəzifəsinə gətirilməsi və indiyədək də bu vəzifədə qalmasında Ramiz Mehdiyevin rolu olub.
Qeyd edək ki, Vüqar Novruzov 2019-cu ildən Naftalan Şəhər icra hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Bu illər ərzində regionun ən tanınmış tibbi kurort şəhərlərindən olan Naftalanın sosial həyatında, eyni zmaanda iqtisadi inkişafında ciddi nailiyyət müşahidə olunmayıb.
Xatırladaq ki, barəsində qətimkan tədbiri seçilən Ramiz Mehdiyev hazırda ev dustaqlığı şəraitində saxlanılır.











