Ölkə üzrə pos-terminalların və ödəmə aparatlarının işində nasazlıq yaranıb.

XALQ.AZ xəbər verir ki, əsasən Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində, Suraxanı rayonunun Hövsan qəsəbəsində, eləcə də Nəsimi və  Xəzər rayonu ərazilərində pos-terminallar və ödəmə aparatları işlək vəziyyətdə deyil.

“Azərikard”dan bildirilib ki, şəbəkə xətası ola bilər. Hazırda bu istiqamətdə ölkə üzrə çətinlik yaşanır.


media-728x90banner

Bənzər xəbərlər