media-98

Sərfəli qiymətləri və bölgələrə xüsusi diqqəti ilə seçilən “Nar” Daşkəsən şəhərinin 95 illiyi münasibətilə keçirilən festivalda iştirak edib. Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Xoşbulaq kəndində təşkil olunan möhtəşəmfestivala “Nar” gözoxşayan stendi ilə xüsusi rəng qatıb.

Festivalda iştirak edən Daşkəsən sakinləri “Nar” stendində mobil operatorun təqdim etdiyi sərfəli xidmətlərlə tanış olub, tədbirə özəl kampaniya çərçivəsində yeni “Nar” nömrələri əldə ediblər. Eyni zamanda, burada mobil cihazların, aksesuarların və digər sərfəli məhsulların satışı təşkil olunub. “Nar” stendinə gələnlərə xüsusi hədiyyələr də təqdim olunub.

Qeyd edək ki, “Nar”ın festivalda iştirakı əsasən Azərbaycanın bölgələrində yaşayan abunəçilərlə birbaşa ünsiyyət qurmaq, onların təklif və istəklərini yerindəcə öyrənmək məqsədi daşıyır.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son altı il ərzində Müştəri Loyallığı İndeksinə görə ölkənin lider mobil operatorudur. Müştəriyönümlü strategiyasına sadiq qalan mobil operator sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

media-22 media-23

media-728x90banner

Bənzər xəbərlər