media-nax
Naxçıvanın kommunikasiya blokadasından çıxarılması, Muxtar Respublikanın ölkə ilə birbaşa əlaqəsi deməkdir – Zəngəzur dəhlizi yenidən reallaşır!
Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin yenidən qurulması üzrə layihələndirmənin tamamlanması və Salamməlik stansiyası ərazisində tikintiyə başlanması regionun sosial-iqtisadi inkişafında yeni mərhələnin başlandığını göstərir. Bu proses təkcə infrastrukturun yenilənməsi deyil, Naxçıvanın uzun illərdən sonra geniş nəqliyyat şəbəkəsinə inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır. Bu yeni mərhələnin əsasını isə Prezident İlham Əliyevin son illərdə nəqliyyat və logistika sahəsində həyata keçirdiyi sistemli siyasət təşkil edir. Dövlət başçısının rəhbərliyi altında Azərbaycan təkcə regionun deyil, daha geniş coğrafiyanın mühüm nəqliyyat qovşaqlarından birinə çevrilmişdir. Bakı–Tbilisi–Qars dəmir yolunun istismara verilməsi, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin formalaşdırılması, liman, avtomobil və dəmir yolu infrastrukturunun müasir standartlara uyğun yenilənməsi ölkənin tranzit imkanlarını misilsiz şəkildə genişləndirmişdir.
Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi istiqamətlərdən biri isə Naxçıvan Muxtar Respublikasının davamlı nəqliyyat əlaqələrinin bərpası olmuşdur. Naxçıvanın kommunikasiya blokadasından çıxarılması və Muxtar Respublikanın ölkə ilə birbaşa və dayanıqlı bağlantısının qurulması dövlət başçısının strateji xəttində hər zaman prioritet yer tutub. Zəngəzur dəhlizinin reallaşdırılması, yeni nəqliyyat marşrutlarının formalaşdırılması və regionun tranzit xəritəsinə reinteqrasiyası üzrə aparılan ardıcıl işlər Naxçıvanın uzunmüddətli inkişafına xidmət edən tarixi addımlardır.
Məhz bu siyasətin nəticəsi olaraq Naxçıvanda dəmir yolunun yenidən qurulmasına başlanması yalnız lokal infrastruktur layihəsi kimi deyil, dövlətin strateji nəqliyyat konsepsiyasının mühüm tərkib hissəsi kimi dəyərləndirilir. Yenilənmiş dəmir yolu xətti Muxtar Respublikanın iqtisadi aktivliyini artıracaq, sənaye və kənd təsərrüfatı məhsullarının daşınmasını sürətləndirəcək, logistika xərclərini azaldacaq və regionun investisiya cəlbediciliyini artıracaq.
Bununla yanaşı, layihənin sosial və turizm yönümlü təsirləri də böyükdür. Yeni nəqliyyat bağlantıları Naxçıvana gediş-gəlişi asanlaşdıracaq, turizm axınını gücləndirəcək, xidmət sektorunu canlandıracaq və əhalinin həyat keyfiyyətinə müsbət təsir göstərəcək. Naxçıvanın Azərbaycanın ümumi nəqliyyat sisteminə sıx inteqrasiyası isə ölkənin tranzit xəritəsində rolunu daha da möhkəmləndirəcək.
Naxçıvan dəmir yolunun yenidən qurulması Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü və gələcəyə hesablanmış nəqliyyat siyasətinin məntiqi davamıdır. Bu layihə Muxtar Respublikada iqtisadi dirçəlişi sürətləndirəcək, regionun strateji əhəmiyyətini artıracaq və Azərbaycanın beynəlxalq nəqliyyat məkanında mövqelərini daha da gücləndirəcək.
Возможно, это изображение один или несколько человек
Ülviyyə Həməzyeva,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı.

media-728x90banner

Bənzər xəbərlər