Naxçıvana uçuş olmayacaq – SƏBƏB
Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) müvafiq istiqamətdə uçuşları təxirə salınıb.
Bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək.










