Nazir icra başçısı təyin olundu
Azərbaycanəsilli Xanlar Paşabəyov Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərinin meri təyin edilib.
XALQ.AZ Rusiya mətbuatına istinadla xəbər verir ki, Xanlar Paşabəyov daha əvvəl Dağıstanın ədliyyə naziri olub.
O bu vəzifədə 2022-ci ildən çalışıb.
Qeyd edək ki, aprelin 30-da Əhməd Quliyev öz istəyi ilə Dərbəndin meri vəzifəsindən istefa verib.